Bakıda “Karl Maks” körpüsünün qəzalı vəziyyətə düşdüyü iddia edilir. Bildirilib ki, körpünün daş üzlüyü sökülüb və üzərində çatlar əmələ gəlib.
Xezerxeber.az-ın məlumatına görə, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən körpünün görüntüləri bunu deməyə əsas verir.
Qeyd edək ki, gün ərzində bu körpününün üzərindən minlərlə avtomobil hərəkət edir.
Yaxınlıqda yaşayan sakinlər də körpüyə mütəxəssislər tərəfindən baxış keçirilməsini istəyirlər.
Ətraflı süjetdə:
Bakıda körpü qəzalı vəziyyətə düşüb? - VİDEO
Rəylər