“Qızıl açar” tikinti şirkətinin reklam çarxı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, çarxı hazırlayanlar çox güman ki, kreativ süjet hazırlamaq istəsələr də, bu uğursuz olub:
- “İkinci hissədə “qardaş” “ata”ya çevrilir, qızı harasa yoxa çıxır. Bu nə cəfəngiyyatdır?!”
- “Ola bilsin ki, oğlan boşanıb, evini satıb və qardaşından üz döndərib, o da bunun atası olub. Bu çarxın məntiqini ancaq belə başa düşmək olar”.
Ancaq ən böyük qəzəb isə oğlanın sevgilisinin atasının peşəninin “Bənna” olduğunu deməsi ilə yaranıb. Bundan sonra şirkət direktoru bu peşə sahiblərini “dilənçi” adlandırıb.
Əli Məmmədov
www.oxu.az