Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda kriminal münaqişə: ölən var - RƏSMİ
Avqustun 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində naməlum şəxs odlu silahdan atəş açaraq, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü “isti izlər”lə açılıb.
Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hikmət Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub. H.Abbasquliyevdən bir ədəd nömrəsi silinmiş “AKMS” markalı silah, 17 ədəd patron və bir ədəd patron darağı maddi sübut kimi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Hadisənin digər iştirakçıları müəyyən edilib və onların da tutularaq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İlhamə Əbülfət
www.oxu.az
Rəylər