Bakıda ötən gün baş verən dəhşətli intiharın təfərrüatlarını öyrəndik.
Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanından Milli.Az-ın əldə etdiyi məlumata görə, SOCAR-da menecer işləyən R.Əmirquliyev özünü yaşayış binasından atıb.
Gecə saat 04.00 radələrində onun meyiti binanın qarşısında qan içərisində tapılıb.
R.Əmirquliyevin özünə qəsd etməsinin səbəbi cibindən çıxan məktubda yazılıb. O, məktubda külli miqdarda borcu olmasından, ailəsinin onu atıb getməsindən tutmuş içkiyə qurşanmağına, bərbad həyat sürməsinə qədər qeyd edib.
10:15
Bakının Nərimanov rayonu ərazisində sümükləri sınıq, qan içərisində kişi meyiti tapılıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, 33 yaşlı Rafiq Əmirquliyevin meyiti Ağa Nemətulla küçəsi 78 ünvanında aşkarlanıb. Onun binadan özünü atdığı ehtimal olunur.
Prokurorluqdan bildirildi ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.