Avqustun 15-də saat 11:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır.
Düşən yağıntının miqdarı Astarada 24, Daşkəsən, Gədəbəy və Qusarda 15, Qubada 13, Oğuzda 12, Şahdağda 8, Şəkidə 6, Lənkəranda 5, Naftalanda 4, Mingəçevir və Gəncədə 3, Sarıbaş (Qax), Balakən, Şabran və Goranboyda 2, Naxçıvan, Şahbuz, Tovuz, Şəmkir, Göygöl, Zaqatala, Xaçmaz, Şamaxı, Qobustan, Altıağac, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Lerik, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 19 m/san, Culfada isə şərq küləyinin maksimal sürəti 21 m/san-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Aran rayonları və Naxçıvan MR-də 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti müşahidə olunub.