Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
İyunun 22-i saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, Zaqatala, Qax (Sarıbaş), Oğuz, Şəki, İsmayıllı, Qəbələ, Quba və Qusarda arabir yağış yağır.
Hazırda bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23, Neftçalada 20, Culfada 16 m/s-dək güclənir.
Qax, Şəki, Qusar, Qrızda duman müşahidə olunur.
"Hava proqnozu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar