Bu gün, günün ikinci yarısında metronun “İçərişəhər” stansiyası yaxınlığında güclü külək yaşı 50-yə çatan nəhəng şam ağacını sındırıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Oxu.Az minval.az-a istinadən xəbər verir ki, gənclər yerə yıxılmış ağacın ətrafında fotosessiya düzəldiblər, lakin polis yaranmış vəziyyətə görə onları hadisə yerindən uzaqlaşdırırlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti təhlükəli hesab edirlər.
“Ağac kəsiləcək, çünki ətrafdakılar üçün təhlükə törədir” – deyə, polis əməkdaşlarından biri bildirib.