Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, gecə saatlarında Montin qəsəbəsindəki bina evində 2010-cu il təvəllüdlü Şahin Dəmirov liftin şaxtasına yıxılıb.
Ağır xəsarət alan azyaşlı hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az