Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda liftdə köməksiz vəziyyətdə qalanlar xilas edildilər
Bakı şəhərinin Xətai rayonunun General Şıxlinski və Yasamal rayonunun Məhəmməd Xiyabani küçələrində doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in müvafiq olaraq Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 3 nəfər xilas edilib.
Bakıda liftdə köməksiz vəziyyətdə qalanlar xilas edildilər

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Bakıda 10 mərtəbəli yaşayış evində partlayış olub, xəsarət alan var
- FHN Akademiyasında təhsil almaq istəyənlərə FÜRSƏT - Kursant qəbulu elan edilir
- Kəskin hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
- "Təklif edirlər ki, sizi qucağımızda qaldıraq" - Şəhərlər uyğunsuzdur, yoxsa qaydalar?
- Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı
Ən çox oxunanlar