Bu günlərdə bütün dünyada Əhli-beytə (ə) məhəbbəti olan insanların İmam Hüseynin (ə) əzadarlıqlarını müxtəlif formalarda keçirdiyi bir vaxtda, Azərbaycanda da əzadarlıq məclisləri geniş şəkildə keçirilməkdədir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu günlərdə Bakının bəzi böyük supermarketlərində Məhərrəm-Səfər əyyamı ilə əlaqədar yardım aksiyası keçirilir.
Belə ki, sosial şəbəkələrdə paylaşılan fotolardan da görünür ki, belə marketlərdə çörək imkanı olmayan insanlara İmam Hüseyn (ə) ehsanı kimi paylanılır.
E.Ə.
www.oxu.az