Bakının Kürdəxanı qəsəbəsində marketdən oğurluq edənlər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də Kürdəxanı qəsəbəsindəki marketlərin birindən 572 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakini N.Rzayev və Naxçıvan şəhər sakini Z.İsmayılov saxlanılıblar.