Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda marşrut xətlərinə əlavə 112 avtobus cəlb edilib
Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətləri təhlil edilib.
Bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qeyd edilib ki, marşrut xətlərində avtobus sayı gündəlik nəzarətə götürülüb.
Sərnişindaşıma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur.
Hazırda 31 marşrut xətti üzrə sərnişindaşımaya əlavə olaraq 112 avtobus cəlb edilib. Həmin nəqliyyat vasitələri sərnişin tələbatı daha çox müşahidə edilən 1, 2, 3, 6, 7A, 11, 13, 14, 21, 33, 38, 40, 46, 49, 60, 71, 77, 79, 88, 96, 114A, 114B, 119, 125, 133, 136, 160, 165, 199, 206 və M8 marşrut xətlərinə buraxılıb. Müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir. İctimaiyyətə bu barədə məlumat veriləcək.
Daşıyıcılarla keçirilən görüşlərdə sərnişin tələbatı barədə məlumatların mütəmadi olaraq AYNA-ya təqdim edilməsi barədə tapşırıq verilib. Həmçinin avtobus parklarına baxış keçirilərək nəqliyyat vasitələrinin sazlığı yoxlanılıb.
Yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları da təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Velosiped və skuter sürücüləri üçün çəkilən zolaqlar niyə yarımçıq kəsilir?
- Yeni Suraxanı sakinlərinin ictimai nəqliyyat PROBLEMİ
- Bakıda darvazanı dayanacaq "təyin" etdilər, qaz borusuna nişan vurdular
- "Ukrayna dairəsi''ndə SIXLIĞIN aradan qaldırılması üçün nə təklif olunur?
- Nazir müavini: "Cari ildə ölkəyə 200 ədəd elektrik mühərrikli avtobus gətiriləcək"
Rəylər