Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.
1967-ci il təvəllüdlü Dadaşov Dmitri Hacıyeviç idarə etdiyi “Ford” markalı avtomobillə, Yeni Suraxanı qəsəbəsində hərəkətdə olarkən yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Əliyev Cəlal Cümşüd oğlunu vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Könül Cəfərli
www.oxu.az