Bakının Xəzər rayonunda yerləşən 230 nömrəli məktəbin səkkizinci sinifdə təhsil alan qızı qaçırıblar.
230 nömrəli tam orta məktəbdən Oxu.Az-a verilən məlumata görə, məktəbin “8b” sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dekabrın 25-də beşinci dərsin sonuna qədər dərsdə iştirak edib:
“Altıncı dərs fiziki tərbiyə fənni olduğu üçün şagird idman meydançasına və oradan da evə gedib.
Ancaq şagirdin valideynləri övladının evə gəlmədiyini bildirib. Məsələ ilə bağlı aparılan araşdırmadan məlum olub ki, ailə problemli ailədir. Şagirdin ata və anası ayrılıb. Sonradan şagirdin anası yenidən ailə qurub”.
Sinif yoldaşlarından aldığımız məlumata görə, şagird evdəki problemlərlə bağlı məktəbdən çıxacağını söyləyib.
Polisdən və valideynlərdən verilən məlumata əsasən, dünən şagirdlə bir neçə saat sonra əlaqə saxlayıblar.
Qeyd edək ki, ilk xəbəri ölkə.az yayıb.
İlhamə Əbülfət