Bakıda mənzillərdən birində termometrlə bağlı bu günə ikinci fövqəladə hadisə baş verib.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Binəqədi rayonunda mənzildə termometr sınıb və nəticədə daxilindəki civə ətrafa dağılıb.
Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilib.
Əməliyyat saat 17:35-də başa çatıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda mənzillərdən birində anoloji hadisə baş verib.