Bakıda mənzildə meyit aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatda bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Qurbanov Nəbi Niftəli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.