Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumata əsasən, paytaxtın Nizami rayonunda “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb.
Dərhal hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
