Sosial şəbəkələrdə məsciddən oğurluq edən şəxsin sakinlər tərəfindən yaxalanıb, yol kənarındakı dəmirə bağlanılmasının görüntüləri yayılıb.
Oxu.Az-ın xəbərinə görə, birinci videoda kişinin əlində nərdivanla təhlükəsizlik kamerasının önündən keçməsi əks olunub.
Sosial şəbəkə istifadəçiləri yazır ki, hər iki video eyni məsciddə lentə alınıb: “Qolları bağlı şəxs və əlində nərdivan olan kişi eyni adamlardır”.
Ə.Ş.
www.oxu.az