“Məsələdən Rayon İcra Hakimiyyəti xəbərdardır”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyətindən bildiriblər.
“Məlumat üçün qeyd edək ki, sanitar qovşaq Rayon İcra Hakimiyyətinin balansında deyil. Tərəfimizdən aidiyyəti üzrə balansdaşıyıcı quruma müraciət edilib, yaxın zamanlarda müvafiq tədbirlər görüləcək”, - açıqlamada deyilir.
11:59
Bakının Binəqədi rayonu ərazisində yerləşən ictimai tualet natəmiz vəziyyətdədir.
Oxu.Az-ın məlumatına görə, metronun “Dərnəgül” stansiyası ərazisində yerləşən tualet zibillik kimi istifadə olunur.
Ərazidən çəkilən fotoları təqdim edirik:
İlhamə Əbülfət