Bakı şəhər Dənizkənarı Milli Park İdarəsinin rəis müavini Nazim Məcidovun Azərbaycan Xəbərlərinə bildirdiyinə görə, hər il olduğu kimi bu il də mayın 28-də bulvarda Xalq Cümhuriyyətinin qurulmasının növbəti, 95-ci il dönümü münasibətilə bayram konserti təşkil olunacaq və atəşfəşanlıq keçiriləcək:
“Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan konsert saat 21:00-da başlayacaq, saat 23:00-da isə bulvarda möhtəşəm atəşfəşanlıq olacaq”.
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin