Modern.az-a açıqlama verən millət vəkili Hadı Rəcəbli bildirib ki, çoxuşaqlılığın təbliğinə dair Milli Məclisə heç bir qanun layihəsi daxil olmayıb və ümumiyyətlə belə bir ideya da yoxdur:
“Amma bunu müzakirəyə ehtiyacı var. Belə bir qanun layihəsi o ölkələrdə ola bilər ki, həmin ölkələrdə əhalinin artımı yoxdur. Məsələn, Rusiyada, Avropada və s. onlarda əhalinin artımı çox aşağı səviyyədədir. Ancaq bizdə əhali ildə 130 min nəfər artır. Təxminən 18 ildən sonra nə edəcəyik? Məktəb, iş, ev, geyim, iş yeri və s. Deməli, bizi həvəsləndirmə yerimiz yoxdur.
Bizdə ailələrin elə bir qanun qəbul olunsa, ən çox uşaq hansı ailələrdə olacaq? Təbii ki, ancaq kasıb ailələrdə.
Elə bir misal çəkim sizə. Lənkəranda bir kəndə getmişdim, orada mən millət, xalq deyərək populist çıxış etdim. Dedim, ordu üçün əsgər hazırlamalıyıq, uşaqlarımız çox olmalıdır. Bir nəfər qalxıb dedi ki, “ay Hadı müəllim, vallah düz deyirsiniz. Qonşumuzda bir Həsənqulu kişi var, özü də dəlidir, arvadı da. 14 uşağı var, bizə o cür uşaqlar lazım deyil”. O düz deyir. Biz əksinə, nə etməliyik? Azərbaycanda nikaha girənlərin 10%-nin övladı olmur. 90 min cütlük nikaha girirsə, onlardan 9 mininin uşağı olmur. İkincisi mühüm məsələ isə uşaq ölümləridir. 3 yaşına qədər olan uşaqların ölüm halları çoxdur. Üçüncüsü, pullu kişilərin niyə çox uşaqları olmur? 6 it saxlayırlar, nə üçün?
Gəlin onlara irad tutaq, deyək ki, sən də kişisən? 6 maşının və 1 uşağın var. Qoy pulluların uşağı çox olsun. Çünki onlar övladlarına yaxşı təhsil verə, sağlam uşaq böyüdə bilirlər”.
www.modern.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin