Bakıda növbəti dəfə kütləvi şəkildə ağacların kəsilməyinə başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Samirə Əliyeva adlı oxucu məlumat verib. Onun sözlərinə görə, Nəsimi rayonu, 20 Yanvar küçəsi 22 nömrəli evin qarşısında 16 növdə nadir ağaclar - Eldar şamı, akasiya, sərv və s. kəsilib. Kəsintilər budama adı altında aparılır. Ağaclar dibindən kəsilib və kökündən çıxarılıb.
Ərazidə çəkilən videodan kəsintini həyata keçirən fəhlələrin sakinləri necə hədələdiyi də diqqətdən qaçmır.