Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şabranda “Chevrolet Niva” piyadanı vurub öldürüb
Bu gün axşam saatlarında Şabranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şabran-Taxtalar-Zeyvə yolunun 1-ci kilometrliyində qeydə alınıb. Şabran rayon sakini 1994-cü il təvəllüdlü Qasımov Mənsur Camaləddin oğlunun idarə etdiyi 10-VS-740 dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı maşınla Şabran rayon sakini 1997-ci il təvəllüdlü Şahbazov İlkin Nəbi oğlunu vurub. Piyada Şahbazov aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.
Şabran Rayon Polis bölməsindən APA-ya verilən məlumata görə faktla bağlı 263.2 maddəsi ilə cinayət işi açılıb.
Araşdırmalar davam edir.
"Şabran" teqi üzrə xəbərlər
- Şabranda ana və əkiz övladları zəhərləndilər
- Şabranda bıçaqla oynayan azyaşlı boğazını kəsərək ÖLDÜ
- Şabranda 40 yaşlı kişi qızına yazılan mesajlara görə qonşusunu DÖYDÜ
- 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şabranda dəfn olunub
- Güləş üzrə Azərbaycan çempionatının ilk günündə 200-ə yaxın idmançı mübarizə aparıb - FOTO