Əvvəllər məhkum olunmuş paytaxt sakini Taleh Kərimov yenidən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Şəxsi axtarış zamanı ondan bir büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T.Kərimovun Balaxanı qəsəbəsində yerləşən ona məxsus yarımtikilidən 1 kiloqram 605 qram heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitə olan heroini şəxsi istifadəsi ilə yanaşı, satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam edir.
