Bakı şəhəri, Xətai rayonu Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində evakuatorun idarəetməni itirərək magistral yolda aşıb. Hadisə nəticəsində yola yağ və yanacaq dağılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin aşması nəticəsində ətrafa dağılmış yağ və yanacaq yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.
Bakıda yük avtomobili aşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə Xətai rayonu, Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində baş verib.

Bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb.
Sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb edilib.
Hazırda polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
