İnternetdə Bakıda növbəti küçə yarışmasının videosu yayılıb.
Oxu.Az xəbər verir ki, iki avtomobil BMW X6 və tüninqləşdirilmiş Lada Priora Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yolda yarışa başlayırlar.
Çoxlarının təəccübünə səbəb olsa da, yarış Lada Prioranın qələbəsi ilə başa çatır. Yarış iştirakçılarının kadrarxası sözlərinə qulaq asanda məlum olur ki, Rusiya istehsalı olan maşın saatda 240 km-dan çox sürət yığıb.
Həmin kadrları təqdim edirik.