Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace 1” bu il ixracını 15 milyon dollara çatdırmağı planlaşdırır.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə bildirib.
Nazir əlavə edib ki, keçən il 10 milyon dollar məbləğində peyk resursu ixrac edilib.
““Azərspace” öz kommersiya fəaliyyətini gücləndirməkdədir. Daxildə də yeni müştərilər yaranır” - deyə, nazir əlavə edib.
O qeyd edib ki, plana görə bu il də “Azərspace 1” üzrə kreditlərin verilməsi üçün müəyyən qədər Maliyyə Nazirliyinin köməkliyindən istifadə ediləcək.
“Gələn ildən isə peyk öz rentabelli fəaliyyətinə başlayacaq” - Ə.Abbasov bildirib.