Bu gün, martın 14-də xalqımızın ən əzizi bayramlarından olan Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə "Novruz bayramını təmiz şəhərlə qarşılayaq" devizi ilə təmizliklə bağlı genişmiqyaslı ümumşəhər iməcliyi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 537 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər.
Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, əziz Novruz Bayramını təmiz şəhərdə, xoş əhvali-ruhiyyə ilə qarşılanmasına böyük töhfədir.
Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə "Novruz bayramını təmiz şəhərlə qarşılayaq" devizi ilə şənbə günü, martın 14-də paytaxtda genişmiqyaslı təmizlik işləri aparılıb.
BŞİH-in Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağaclar yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Yaz mövsümü ilə əlaqədar paytaxtda həyata keçirilən yaşıllaşdırma və təmizlik işləri davam etdiriləcək.