Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda Novruz yarmarkaları açılır - ÜNVANLAR
Novruz bayramının yaxınlaşması ilə əlaqədar martın 2-dən etibarən paytaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyətə başlayacaq.
Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət ediləcək.
Həmçinin, paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə, ilk növbədə, metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılıb.
Yarmarkalar martın 25-nə kimi davam edəcək.
№ | Rayonlar | Yarmarkaların ünvanları |
1. | Binəqədi | 7-ci mikrorayon, A.Kunanbayev küçəsi ilə S.S. Axundov küçəsinin kəsişməsi |
2. | Qaradağ | Lökbatan qəsəbəsi, 28 May küçəsi |
3. | Xətai | Məzahir Rüstəmov küçəsi 10,12, 21, 23 saylı yaşayış binaların əhatə dairəsi - (Məzahir Rüstəmov küçəsinin Sarayeva və S. Ə. Şirvani küçələri ilə kəsişməsi) |
4. | Xəzər | Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi - 106 (köhnə avtovağzal ərazisi) |
5. | Pirallahı | Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi 14 nömrəli evin qarşısındaki qeyri-yaşayış obyekti |
6. | Nərimanov | “Gənclik” metrostansiyasının çıxışı, Fətəli Xan Xoyski prospekti, 79 saylı binanın qarşısı |
7. | Nəsimi | Mərdanov qardaşları küçəsi 59 |
8. | Nizami | Şirin Mirzəyev küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsi ( “Praqa” şadlıq evi ilə üzbəüz) |
9. | Sabunçu | Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsi, bina 72-nin qarşısı |
10. | Səbail | Nizami küçəsi (“Land Mark”ın yaxınlığında) |
11. | Suraxını | Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, “Günəş” ticarət mərkəzi |
12. | Yasamal | H.Cavid prospekti (H.Cavid parkının ərazisində ) |
İlhamə Əbülfət
Rəylər