Bu gündən Respublika Müalicə Diaqnostika Mərkəzində (RMDM) əhalinin hepatitlərdən ödənişsiz müayinələrinə başlanılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, sosial xarakter daşıyan müayinələrin təşkilində əsas məqsəd əhali arasında xəstəliyin yayılma riskini azaltmaq, vaxtında aşkarlamaq və gedişat haqda vətəndaşı məlumatlandırmaqdır.
Bildirilib ki, hepatit müayinələri ən son üsul olan kartest test vasitəsi ilə həyata keçirilir: “Müayinə pozitiv nəticələr aşkar etdikdə, vətəndaşlar hepatoloqun qəbulunda ola və xəstəliyini gedişatı, müalicə üsulları haqda məlumat ala biləcək”.
Qeyd edək ki, RMDM-də əvvəllər də analoji aksiyalar təşkil olunub.