Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda oğurluq hadisəsi: Maşını hissələrə bölüb satdı
Biləcəridə oğurladığı avtomobili ehtiyat hissələrə bölərək satan 36 yaşlı Səfadara ağır cəza verilib. Daha əvvəl də narkotik istifadəsi ittihamı ilə məsuliyyətə cəlb edilən Səfadar 11 il həbsdə qalmalı olacaq.
Oxu.Az Musavat.com-a istinadla xəbər verir ki, Səfadar Biləcəri qəsəbəsində "Opel" markalı avtomobili oğurlayıb. Belə ki, maşının sahibi avtomobilini həyətə çıxarıb darvazanı bağlamaq istəyib. Bu zaman maşının mühərrikinin işlək olduğunu görən Səfadar avtomobili qaçırıb. İttihama görə, həmin zaman Səfadar avtomobilin sahibinin ayağı üstündən keçərək ona xəsarət də yetirib.
Səfadar 12 min manat dəyəri olan avtomobili ehtiyat hissələrə ayıraraq satıb. Saxlanılan zaman üzərindən heroin də aşkar edilib. O, narkotik vasitə istifadəçisi olduğunu deyib.
Zərərçəkmiş şəxs maşının qaytarılacağı təqdirdə şikayətçi olmayacağını söyləyib.
Səfadar əməlini etiraf edərək peşman olduğunu bildirib. Lakin dəymiş zərər ödənməyib.
Məhkəmə Səfadarı narkotik istifadəsi və quldurluq ittihamları ilə təqsirli bilərək 11 il müddətinə azadlıqdan məhrum edib.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - MƏHKƏMƏ İŞİ
- DTX və DSX-dən birgə əməliyyat: Saxlanılan var
- DİN əməliyyat keçirdi - 19 kiloqram narkotik aşkarlandı
- 24 kiloqramdan çox narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
- Gömrükçülər "təzə qarpız"ların içərisindən külli miqdarda narkotik tapdılar