Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda oğurluqda şübhəli bilinən dayə tutuldu
Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.
Oxu.Az xəbər verir ki, martın 28-də Xətai Rayon Polis İdarəsinə (RPİ) rayonun “Sovxoz” küçəsində yerləşən evlərdən birindən naməlum şəraitdə üç min manat oğurlanması ilə bağlı məlumat daxil olub.
Məlumat əsasında Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı sakini - 1973-cü il təvəllüdlü S.Nəsirova saxlanılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, 47 yaşlı qadın oğurluq etdiyi evdə dayə kimi çalışırmış.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR