Bakıda orta yaşlı kişi yaşadığı evdə qohumları tərəfindən döyülüb.
Oxu.Az Report-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, 37 yaşlı Elman Hüseyn oğlu Allahverdiyev ailə münaqişəsi zəminində öz mənzilində qohumları tərəfindən döyülüb. Qabırğaları sınan zərərçəkmiş təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
E.Allahverdiyevin qohumları tərəfindən döyülməsinin səbəbi hələlik məlum deyil. Fakt Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırılır.
A.S.www.oxu.az