Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 258,9 manat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2% artıb.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8% artaraq 997,1 manat təşkil edib.