2026-cı ilin yanvar-iyul aylarında ölkədə muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 7.2 faiz artaraq 1 176.7 manat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında göstərilir.
Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 4 451.1 manat, qeyri-neft-qaz sektorunda 1 117.9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqıları 1 172.1 manat, özəl müəssisələrdə isə 1 181.1 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində ortaaylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
