Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlıqda milli maraqlarını əsas götürərək regional əlaqələrin inkişafı və qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə töhfə verməyə çalışır.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin Türkmənistana ezam olunmuş əməkdaşı Xatirə Məmmədovanın jurnalistlərin mətbuat mərkəzindən hazırladığı süjetdə bildirilib.
Süjetdə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasının keçirilməsi xüsusi qeyd olunub:
"Azərbaycan MDB çərçivəsində əməkdaşlığı davam etdirir. Ölkəmiz təşkilatın fəaliyyətində iştirak etməklə yanaşı, milli maraqlarını və öz konseptual mövqeyini də əsas götürür".