Bakıda intihara cəhdin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər intihar etmək məqsədilə çoxmərtəbəli yaşayış binasının damına çıxıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən intihar cəhdinin qarşısı alınıb.
A.M.
www.oxu.az