Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 2013-cü il ərzində intiharlarla bağlı daxil olan çağırışların statistikasını açıqlayıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, stansiyanın baş həkimi Mürsəl Həmidovun Modern.az saytına açıqlamasında bildirdiyinə görə, 2013-cü il ərzində təcili yardıma 922 nəfərin intiharı və özünü öldürməyə cəhdlə bağlı müraciət daxil olub.
“Özünə qəsd, ölümə cəhd və yaxud öldürmə həddinə çatdırma hallarına suisidlər deyilir. İl ərzində 922 nəfərin özünə qəsd etməsilə bağlı müraciət daxil olub. 838 nəfər xəstəxanaya aparılıb. 84 nəfərin vəziyyəti yüngül olduğundan yerində yardım göstərilib”- deyə həkim bildirib.