Bakıda özünü yandıran qız dünyasını dəyişib.
Oxu.Az-a 5 saylı klinik xəstəxanasından verilən məlumata görə, bir neçə gün öncə Bakıda, Mərkəzi Klinik Xəstəxananın qarşısında intihara cəhd edən, həkim nəzarətində olan M.Bayramlının vəziyyəti bu gecə saat 03:00-də qəflətən kəskin pisləşib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 24 yaşlı Lənkəran rayon sakini Məleykə İntizam qızı Bayramlı 5 saylı klinik xəstəxananın yanıq şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, yanvarın 30-da saat 10:30 radələrində Lənkəran şəhərində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhərində yaşayan Məleykə Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək özünü yandırmaqla intihara cəhd edib, intiharın qarşısı alınaraq yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib.
Məlumata görə, gənc qız bu addımı sevgilisi tərəfindən aldadıldıqdan sonra atıb. Belə ki, görüşdüyü qızla yaxınlıq edən oğlan sonradan onunla ailə qurmaqdan imtina edib və M.Bayramlı özünü öldürmək qərarına gəlib.
Elvin Əhmədov
www.oxu.az