Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda pablardan birində saxta alkoqollu içkilər aşkarlanıb
Daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, ev 43 ünvanında yerləşən "Moon Pub"da yoxlama keçirilib.
Bu barədə Oxu.Az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı fiziki şəxs Zaur İslam oğlu Əliyevə məxsus restoranın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ tələblərin pozulduğu müəyyən olunub. Həmçinin, ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb.
Müayinələrin aparılması üçün nümunələr müvafiq laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir.
Faktla bağlı cavabdeh şəxs barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Azərbaycana gətirilən 170 tondan artıq ət məhsulunda uyğunsuzluq aşkarlanıb
- Sumqayıtdakı "Dostluq" kafesində nöqsanlar aşkarlanıb
- "Qurd Qapısı" restoranında ciddi nöqsanlar aşkarlandı
- AQTA-nın qərarına məhəl qoymayan "Top Qapı" restoranının sahibi cəzalandırıldı
- Masazırda heyvan qanı kanalizasiya suyuna qarışaraq küçəyə axır