Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda polis maşını yük avtomobili ilə toqquşdu: Altı nəfər xəsarət aldı
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, gecə saatlarında Zabrat qəsəbəsində Səid Armziyad qardaşı Süleyman Armziyadla əlbəyaxa dava edib.
Sabunçu Rayon Polis İdarəsinin hadisə yerinə gələn əməkdaşları hər iki şəxsi sərxoşluq testindən keçirmək üçün Post-Patrul Xidmətinin “Fiat” markalı avtomobili ilə müvafiq məntəqəyə apararkən qəza baş verib.
1985-ci il təvəllüdlü Daşqın Abbasovun idarə etdiyi “Fiat” maşını “Veysəloğlu” MMC-yə məxsus “Mercedes” markalı yük avtomobilinə çırpılıb. “Fiat” və yük avtomobili zərbənin təsirindən aşıblar.
Nəticədə, “Fiat” maşınında olan D.Abbasov, polis əməkdaşı Bəhruz Qubadlı, S.Armziyad və qardaşı S.Armziyad ağır, “Mercedes” markalı yük avtomobilindəki iki nəfər - 24 yaşlı Elməddin Cəlilli və Aydın Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan altı nəfər 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
"Bakı" teqi üzrə xəbərlər
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib