Bakıda polis avtomobili qəzaya düşüb.
Oxu.Az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şərifzadə küçəsi 77 ünvanında qeydə alınıb.
Xırdalan şəhər sakini, 1997-ci il təvəllüdlü Ümid İmran oğlu Məmmədovun idarə etdiyi “Azsamand” markalı, 90 UV 395 dövlət nömrə nişanlı avtomobil xidmətdə olan Çevik Polis Alayına məxsus “FİAT-Doblo” markalı, 90 AP 667 dövlət nömrə nişanlı maşınla toqquşub.
Nəticədə xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az