Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Bakıda “Prius” ayaq açıb yeridi, sürücü həbs olundu - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü saxlanılıb.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan “Toyota Prius” markalı, 77-XY-496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rəsul Rövşən oğlu Novruzov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Novruzov 10 sutka inzibati qaydada həbs edilib.

Könül Cəfərli
11:32
Bakıda “Toyota Prius” markalı avtomobil piyadalarla yanaşı pilləkənlərdən düşüb.
Hadisənin videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb. Hadisənin Gəncə prospekti yaxınlığında baş verdiyi deyilir.
Üzərində taksi fəaliyyəti göstərən şirkətlərdən birinə aid loqo olan maşın parkdakı pilləkənlərdən üzüaşağı gələrək avtomobil yoluna çıxıb.
Həmin görüntüləri təqdim edirik:
"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ)" teqi üzrə xəbərlər
- İdarəetmədən çıxan "AzSamand" qəzaya səbəb oldu: Xəsarət alan var
- Heydər Əliyev prospektində baş verən avtoqəzada xəsarət alanların SON DURUMU AÇIQLANDI
- Narkotikin təsiri altında olan sürücü motosikletlə avtoxuliqanlıq etdi - ANBAAN VİDEO
- Bakıda narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü həbs olundu
- Bakıda dönmə əməliyyatı edən avtomobillər toqquşub - XƏSARƏT ALAN VAR