Bakıda parkda tum çırtlayaraq yeri zibilləyən qadın ictimai qınağa səbəb olub.
Oxu.Az-ın məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Nərimanov rayonunda yerləşən parkda video çəkən şəxs həmin valideynə yaxınlaşıb və niyə belə etdiyini soruşanda “süpürgəçi nə işə yarayır?” cavabını alıb.
Video çəkən şəxs isə zibili atması üçün ona paket verib və qadına süpürgəçinin yarpaq, toz kimi təbii zibilləri təmizləməli olduğunu izah edib.
Videonu izləyənlər gənc valideyni tənqid edərək övladına pis örnək olduğunu bildiriblər.
Həmin şəxs videonu paylaşan zaman “İnsanlarımızın əksəriyyəti pinti insanlardır. Ətrafımız ona görə zibillik, pislik və natəmizlikdir”, - deyə qeyd edib.
Bakıda qadın parkı zibilliyə çevirdi: Süpürgəçi nə işə yarayır? - VİDEO
Rəylər