Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda qadın üzrünü qəbul etdirmək üçün qonşu kişiyə ayağını öpdürdü
Sosial mediada qadının kişinin üzrünü qəbul etməsi üçün ayağını öpdürməsi müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, sözügedən paylaşıma münasibət bildirən sosial media istifadəçiləri qadının bu davranışının kişinin şəxsiyyətinin alçaldılması olaraq qiymətləndiriblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd olunan görüntülər araşdırılıb:
"Naməlum qadının digər şəxsə qarşı qeyri-adekvat hərəkətlərini əks etdirən görüntülər araşdırılıb. Polis əməkdaşları tərəfindən görüntüdə əks olunan şəxslərin Binəqədi rayonunda yaşayan qonşular olması müəyyən olunub. Hər iki şəxs əqli qüsurludur. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq barələrində profilaktik tədbirlər görülür".
Aygün Mirakif
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda "qırmızı"da keçən sürücü QADINI VURDU: Körpücük sümüyü SINDI - ANBAAN VİDEO
- Binəqədidə narkokuryerlik edən tiktoker SAXLANILDI
- Rusiyalı milyarderin saxlanılması: Ermənistanda yeni müxalif lider planının ifşası
- Daxili İşlər Nazirliyi vətəndaşlara XƏBƏRDARLIQ etdi: Sərt tədbirlər görüləcək
- DİN küçə ticarəti ilə bağlı vətəndaşlara müraciət etdi