Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk Dris Mertensdən köməkçisi olaraq qalmasını istəyib və bu təklifi düşünməsi üçün iki ay vaxt verildiyini bildirib.
Oxu.Az xəbər verir ki, futbolçu ailəsi ilə dünya turuna çıxmaq və oğlu ilə daha çox zaman keçirmək istədiyini bildirib.
Klub rəsmiləri Dris Mertensə - "2 ay zamanın var. Dünya turunu tamamla geri gəl. Sənə ehtiyacımız var", - deyiblər.
Qeyd edək ki, Dris Mertens "Qalatasaray"la sonuncu oyununda futbolçu karyerasını başa vuracaq.