"Qalatasaray" klubu futbolçusu El Şaday Bitşiabu ilə qış fasiləsində yollarını ayıra bilər.
Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi 21 yaşlı fransalı müdafiəçinin icarə müqaviləsini yanvar ayında vaxtından əvvəl başa çatdırmaq variantını nəzərdən keçirir.
Buna səbəb "Qalatasaray"ın heyətində əcnəbi futbolçular üçün nəzərdə tutulan limitdə yer açmaq istəyidir. Bildirilir ki, hələlik "Qalatasaray"la "Leypziq" arasında icarə müqaviləsinin vaxtından əvvəl ləğvi ilə bağlı birbaşa danışıqlar aparılmayıb.
Qeyd edək ki, Bitşiabu mövsümün əvvəlində "Leypziq"dən satınalma hüququ ilə icarəyə götürülüb. O, İstanbul klubunun heyətində indiyədək cəmi bir oyunda meydana çıxaraq 21 dəqiqə oynayıb.