Bakıda intihara cəhd hadisəsi baş verib.
Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən pirlərin birində baş verib.
Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü K.Atakişiyeva səhər tezdən “Pirhəsən” ziyarətgahına gedərək orada özünü öldürmək istəyib.
O, intihar məqsədi ilə xeyli sayda “Rolkos” adlı dərman içib. Ətrafdakı insanlar bir qədər sonra qadını huşsuz vəziyyətdə aşkar ediblər. K.Atakişiyeva Toksokologiya Mərkəzinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
E.Ə.
www.oxu.az