Bakıda qardaş qardaşı odlu silahla qətlə yetirib.
ONA-nın məlumatına görə, hadisə bu gün Sabunçı rayonunda qeydə alınıb.
Zabrat qəsəbəsində Hacı Kamran Şamilov və Hüseynbala Şamilov adlı iki qardaş arasında torpaq bölgüsü üstündə mübahisə yaranıb. Hüseynbala Şamilov evdən ov tüfəngini götürərək atəş açıb və Hacı Kamran hadisə yerində ölüb.
Qatil hadisə yerindən qaçıb.
Hazırda hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri həyata keçirir.