Bu gün səhər saat 08:07 radələrində Bakı-Yalama elektrik qatarının vurduğu gənclə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma başladılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.
Məlumata görə, hadisə bu gün Bakı-Yalama elektrik qatarı Keşlə stansiyası ərazisində hərəkətdə olarkən baş verib:
“1993-cü il təvəllüdlü İmişli rayon sakini Ələsgərov Pərvin Nizami oğlu qəflətən qatarın qarşısına çıxıb. P.Ələsgərov aldığı bədən xəsarətindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı hüquq mühafizə orqanları araşdırma aparır”.
Könül Cəfərli